Azedu.az

Bu ölkədə təhsil alan xarici tələbələrin sayı artır

Ali təhsil

Xaricdə təhsil

28 Yanvar 2020, 09:25
Bu ölkədə təhsil alan xarici tələbələrin sayı artır

Polşanın ali təhsil ocaqlarında xarici tələbələrin sayı artmaqdadır.

AzEdu.az xəbər verir ki, bu il Polşada təhsil alan xarici tələbələrin sayı 85 minə çatıb. Lodz şəhərində keçirilən “2020-ci ildə Polşadakı xarici tələbələr” mövzulu konfransda çıxış edən “Perspektywy” təhsil fondunun rəhbəri Valdemar Sivinski hesabatında bildirib ki, bu il Mərkəzi Asiyadan, həmçinin Azərbaycandan gələn tələbələrin sayı əhəmiyyətli dərəcədə artıb. Lakin üstünlük ukraynalı və belaruslardadır. Bu ölkələrdən gələn tələbələr Polşa cəmiyyətinə rahat inteqrasiya edirlər.

Hazırda Polşada ümumilikdə 174 ölkədən gənc təhsil alır. Gənclər əsasən Varşava Universiteti və Krakovdakı Yaqellon Universitetini tərcih edirlər. Ən populyar istiqamətlər isə tibb və menecmentdir.(AZƏRTAC)

Ermənistanda şok hazırlıq - Bu halda Azərbaycanla müharibə başlayır
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox