XƏBƏRLƏR

22.01.2020 14:35
Naxçıvan Muxtar Respublikasında ötən il yeddi ümumtəhsil məktəb binası istifadəyə verilib

Ötən il Bakı şəhərində 1920 şagird yerlik ümumi təhsil müəssisəsi, 280 yerlik məktəbəqədər təhsil müəssisəsi, Naxçıvan Muxtar Respublikasında 2220 şagird yerlik 7 ümumi təhsil müəssisəsi, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi binası istifadəyə verilib.

AzEdu.az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin 2019-cu ilin yanvar-dekabr ayları üzrə statistik hesabatında əks olunub.

Hesabatda bildirilir ki, bu müddət ərzində Lənkəran şəhərində 432, Şəki şəhərində 624, respublikamızın rayonlarından Ağcabədidə 696, Lerikdə 360, Cəlilabadda 180, İmişlidə 756, İsmayıllıda 400, Qubada 180 şagird yerlik ümumi təhsil müəssisəsi, Abşeronda 140 yerlik məktəbəqədər təhsil müəssisəsi, Beyləqan rayonunda 150 şagird yerlik ümumi təhsil müəssisəsi və 50 yerlik məktəbəqədər təhsil müəssisəsi, Oğuz rayonunda 100 yerlik məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib.