XƏBƏRLƏR

14.01.2020 14:00
Qəbul proqramları nə vaxt təqdim olunacaq?- Sevindirici cavab

Abituriyentlərin ən çox müraciət etdiyi məsələlərdən biri də qəbul proqramları ilə əlaqəlidir.

AzEdu.az mövzu ilə bağlı rəsmi qurumdan maraqlanıb.

DİM-dən verilən məlumata görə buraxılış və qəbul imtahanlarının ikinci mərhələsi üzrə  proqramları  "Abituriyent” jurnalının birinci nömrəsində dərc olunacaq. Jurnal yaxın vaxtlarda  ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, qəbul imtahanlarının proqramları elmi-metodik seminarlarda müzakirə olunaraq qəbul edilir.