XƏBƏRLƏR

24.12.2019 09:33
Diaqnostik qiymətləndirmə  imtahanları başlayır –Son  saatlar

 

Psixoloqların diaqnostik qiymətləndirilməsi imtahanına start verilir.

AzEdu.az xəbər verir ki, diaqnostik qiymətləndirilmə imtahanında 2700-ə yaxın psixoloqun iştirakı gözlənilir.

Qeyd edək ki, imtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında baş tutacaq.

Elektron ərizələrin yoxlanılması prosesi başa çatdıqdan sonra diaqnostik qiymətləndirmədə iştirakla bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək.

Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.

Günel Yaşarqızı Müəllifin digər yazıları