XƏBƏRLƏR

09.12.2019 10:27
Tədqiqatçılıq müsabiqəsinin ilk mərhələsi başa çatıb

Paytaxt məktəblərinin “Kiçik Akademiya” üzvləri arasında təşkil olunmuş tədqiqatçılıq müsabiqəsinin məktəbdaxili mərhələsi başa çatıb.

Müsabiqənin ilk mərhələsində hər məktəbdən bir şagirdin ən yaxşı araşdırma işi müəyyənləşdirilərək II mərhələyə təqdim olunub.

II mərhələdə Təşkilat Komitəsi tərəfindən 30 tədqiqat işi seçilərək final mərhələsində (III mərhələdə) dinləniləcək. III mərhələdə isə 9 ümumi təhsil məktəbinin tədqiqat işi seçilərək müvafiq olaraq I, II, III və həvəsləndirici yerlərə (2 məktəb I, 2 məktəb II, 2 məktəb III, 3 məktəb həvəsləndirici) layiq görüləcək. 

Qaliblər BŞTİ  tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən təşkil olunan müsabiqə şagirdlərin elmi axtarışlara sövq edilməsi, müasir tədqiqat metodlarına yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, “Kiçik Akademiya”ların fəaliyyətinin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi məqsədilərinə xidmət edir.