Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-16 11:56:00
Yüksək bal toplamış lənkəranlı müəllim “Bizim müəllim” layihəsində

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Lənkəran rayonu Ürgə kənd tam orta məktəbinin müəllimi Yaşar Kazımova həsr olunub.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, Yaşar Kazımov biologiya fənnini tədris edir. O, 2016-cı ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edərək 56 bal toplayıb.

Yaşar Kazımov deyir ki, müəllim daim mütaliə etməyə həvəsli olmalıdır. O, xüsusi fəaliyyətinə görə cari tədris ilində “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.