Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-07 14:21:21
150 ildir, sağ qalmağı bacaran Mirzə Cəlil – Dirilik düsturunun kitabı-VİDEO

5 noyabrda Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Cəlil Məmmədquluzadə 150 il – məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb. O, “Cəlil Məmmədquluzadə 150 il – məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının Cəlil Məmmədquluzadənin yubileyinə sanballı töhfə olduğunu vurğulayıb.

Sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı , kitabın tərtibçisi Elxan Nəcəfov, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar və akademiklər çıxış ediblər.

Azedu.az sözügedən tədbirdən videomaterialı təqdim edir.