Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-24 09:26:33
Abituriyentlərin nəzərinə! - Gələn il imtahan vermədən kolleclərə qəbul oluna biləcəksiniz

Bu il kolleclərə qəbul olmaq üçün imtahan verən əvvəlki illərin məzunlarının imtahan nəticələri iki il qüvvədə qalır. Həmin abituriyentlər də gələn il imtahan vermədən kolleclərin müsabiqəsində iştirak edə bilərlər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda qeyd olunur ki, IX və XI sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olur.

Bu il buraxılış imtahanında iştirak edən və müvafiq müsabiqə şərtini ödəyən abituriyentlər gələn il imtahan vermədən kolleclərin müsabiqəsində ( xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər qabiliyyət imtahanı vermək şərti ilə) iştirak edə bilərlər.

Bu il kolleclərə qəbul olmaq üçün imtahan verən əvvəlki illərin məzunları da gələn il imtahan vermədən kolleclərin müsabiqəsində iştirak edə bilərlər. Bundan əlavə, abituriyentlər öz istəyinə uyğun olaraq, yenidən imtahan da verə bilərlər. Bu zaman abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəklərini özləri müəyyən edirlər.

Qeyd edək ki, istənilən halda kolleclərə qəbul olmaq istəyən abituriyentlər müəyyən olunacaq vaxtda elektron ərizələrini təsdiq etməlidirlər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları