Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-10 14:42:00
İşdən çıxarılan direktor müavini həmin məktəbdə müəllim kimi saxlanıla bilər?  Cavab  

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi bəzi rayonlardan olan namizədlər üçün başa çatıb.

Növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə isə namizədlərə məlumat veriləcək.

AzEdu.az növbəti günlərdə müsahibədə iştirak edəcək namizədlərə kömək məqsədilə proses zamanı verilə biləcək suallara cavabı təqdim edir.

Sual:

İşdən kənarlaşdırılmış direktor müavini həmin məktəbdə müəllim kimi saxlanıla bilər?

Cavab:                  

AzEdu.az xəbər verir ki, bu barədə məsələlər Təhsil Nazirliyi sisteminin nomenklaturasına daxil olan işçilərlə əmək münasibətlərinin tənzimlənməsi qaydalarında əks olunub.

Qaydalara görə, ümumi təhsil müəssisələrinin dərs yükü olan direktor müavinləri tutduqları vəzifədən azad edilərkən işlədikləri məktəbdə müəllim kimi saxlanıla bilərlər. Bundan əlavə, onlar məktəbdə müvafiq vakant yer olmadıqda, rayonun həmin fəndən müəllimə tələbat olan digər məktəbində müəllim kimi işlə təmin edilə bilərlər. Bu, rayon təhsil şöbəsi ilə razılaşdırılmaqla ümumi təhsil müəssisəsinin direktoru tərəfindən həyata keçirilir.

Qeyd edək ki, paytaxt və bölgələrdə direktor müavinlərinin işə qəbulu fərqli qaydalarla həyata keçirilir.

Bakıda direktor müavinlərinin işə qəbulu ikimərhələli müsabiqə yolu ilə həyata keçirilir. I mərhələ test imtahanları, II mərhələ isə müsahibədən ibarət olur. İmtahan zamanı suallar Məntiq, İnformatika və vəzifə səlahiyyətləri ilə bağlı olur. Namizədlərə 1 saat ərzində cavablamaq üçün 40 sual təqdim edilir.

Bölgələrdə isə müavinlərin işə qəbulu imtahan əsasında aparılmır. Rayonlarda bu proses direktorun təlimatı, Təhsil Şöbəsinin razılığı ilə həyata keçirilir. Müavin olmaq üçün mütləq hazırda həmin orta təhsil müəssisəsində işləyən müəllimlər təklif edilirlər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları