Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-23 10:39:11
MİQ üzrə müsahibə mərhələsi bu gün başa çatır  

Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatır.

AzEdu.az xəbər verir ki, 19 avqust tarixindən başlanan müsahibə mərhələsi bu gün yekunlaşır.

Qeyd edək ki, müsahibə mərhələsinin qrafiki barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər (miq.edu.az/musahibeler) linki vasitəsilə müsahibə mövzuları ilə tanış ola bilərlər.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları