XƏBƏRLƏR

19.08.2019 19:08
Bakı metrosu yeni dərs ilindən qış rejiminə keçir - Xəttə əlavə 4 qatar buraxılır  

Sentyabrın 16-da ölkədə yeni tədris ilinin başlaması ilə bağlı "Bakı Metropoliteni" QSC yeni iş qrafikinə keçir.

Bu barədə AzEdu.az-a QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Onun sözlərinə görə, yeni tədris ili ilə bağlı hazırlıqlar görülür və bəzi yeniliklər gözlənilir: "Yeni tədris ili üçün bizdə payız-qış qrafikinə keçid başlayır. Qatarların hərəkəti daha da sıxlaşdırılacaq və intervallar azalacaq. Bundan əlavə, yaxın günlərdə iki qatar xəttə buraxılacaq. Bu ayın axırına kimi isə daha iki qatar gətiriləcək. Yeni tədris mövsümündə Bakı metropolitenində kondisionerlə təchiz edilmiş qatarların sayı 11, vaqonların sayı isə 55 olacaq”.

İlin gənc müəllimi-Müraciət formu