Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-16 13:44:00
Kollec məzunları universitetlərdə bu ixtisaslara qəbul ola bilməzlər

“Subbakalavrların yüksək keçid ballı ixtisaslara düşmə şansları çox azdır”

Bu sözlər təhsil eksperti Elxan Nəcəfova aiddir. O, AzEdu.az-a açıqlamasında subbakalavrların qəbul qaydasından danışdı:

“Abituriyentlər onlara ayrılan plan yerlərinin doldurduqdan sonra, qalan plan yerlərinə subbakalavrlar  yekun göstərici balları əsasında  yerləşə bilərdirlər. Həmin balların çoxluğu, subbakalavrların qəbul şansını artırırdı.

Bəzi ixtisaslarda əvvəlcədən də proqnozlaşdırıldığı üzrə subbakalavrların heç bir şansı yox idi. Məsələn, mamalıq ixtisasını bitirən şəxsin IV qrupda müalicə işinə qəbul olması istənilən halda absurd səslənir.

Ümumiyyətlə subbakalavrların yüksək keçid ballı ixtisaslara düşmə şansları çox azdır. Onlar şanslarını daha çox, özəl universitetlərdə dəyərləndirə bilərdilər”.