XƏBƏRLƏR

19.07.2019 15:49
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin proqramı - Rəsmi

Direktorların işə qəbul müsabiqəsi davam edir.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, proses iyulun 19-u yekunlaşacaq.

Müsabiqəyə 500-ə yaxın vakant yer çıxarılıb. İştirak etmək istəyən namizədlər miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

İmtahan zamanı namizədlərə Əmək qanunvericiliyi üzrə 20, təhsil qanunvericiliyi  üzrə 25, Məntiq üzrə isə 15 olmaqla, ümumilikdə 60 sual təqdim olunur.

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

AzEdu.az Təhsil Nazirliyinə istinadən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə proqramını təqdim edir:

https://miq.edu.az/direktorlar/musahibe_programi

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu