XƏBƏRLƏR

19.07.2019 10:45
İmtahan həyəcanı: “Yeniyetmələr bu dövrdə psixoloji dəstək alsınlar”

Yeniyetməlik dövrünün özünəməxsus çətinlikləri olduğu məlumdur. Bu dövrdə onlar həm fizioloji, həm də psixoloji dəyişikliyə məruz qalır.

AzEdu.az xəbər verir ki, psixoloq məsləhəti rubrikasında bu dəfə Leyla Əli yeniyetməlik və imtahan həyəcanı haqqında danışdı:

 “Yeniyetmələrin fizioloji olaraq bədənində dəyişiklik, müəyyən komplekslər, özünəqapanmalar, dost çevrəsinin dəyişməyi, valideynləri ilə münasibətdə bəzi problemlər yaşamağı, yəni yeniyetməlik üstəgəl imtahan həyəcanı. Yaxşı olar ki, yeniyetmələr bu dövrdə psixoloji dəstək alsınlar”.

Azedu.az videomüsahibəni təqdim edir.

Qeyd edək ki, video müsahibə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Yeni sistemlə imtahan verən abituriyentlərə onlayn psixoloji yardım xidmətinin təşkili” layihəsi çərçivəsində təqdim olunur.

İlin gənc müəllimi-Müraciət formu