Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-18 17:08:01
“Bu  il ərzində 10000-dən artıq müəllimin işə qəbul olunması gözlənilir”–Cəsarət Valehov  

“Müəllimlərin işə qəbul olması üçün bu il 7000-dən artıq vakansiya çıxarılacaq”

AzEdu.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib:

Cəsarət Valehov bildirib ki, bu günə qədər təxminən 28000 namizəd imtahan prosesində iştirak edib:

“Artıq 10-cu gündür ki, müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsi davam edir. Bu günə qədər təxminən 28000 namizəd imtahan prosesində iştirak edib. Test mərhələsindən uğurla keçən namizədlər iyulun 24-dən sonra vakansiya seçimində iştirak edə biləcəklər. Bu günə kimi imtahanda iştirak edənlər arasında kifayət qədər yüksək bal toplayanlar mövcuddur. Amma təbii ki, imtahandan iştirak edən namizədlərin hamısının yüksək nəticə göstərməsi mümkün deyil”.

Cəsarət Valehovun sözlərinə görə bu  il ərzində 10000-dən artıq müəllimin işə qəbul olunması gözlənilir:

“Təəssüf hissi ilə qeyd edim ki, imtahan zamanı qulaqcıqdan istifadə edən namizədlərə də rast gəlinib. Bəzi namizədlər rəfiqələri ilə birlikdə iştirak edib, yaxın masada əyləşirlər. Bu zaman onların hərəkəti  diqqət yaratdıqda nəzarətçilər tərəfindən yerləri dəyişdirilir. Onu da bildirim ki, bu proses nəzarət kameraların müşahidəsi ilə həyata keçirilir. 

Son illər ərzində kişilərin müəllimlik sahəsini seçməklərində dinamika hiss olunur. Onu da bildirim ki, bu il 7000-dən artıq vakansiya çıxarılacaq. Həmçinin, bu  il ərzində 10000-dən artıq müəllimin işə qəbul olunması gözlənilir. Əlavə olaraq qeyd edim ki, ötən il bu rəqəm 12000 idi. Bu il də ən azı  12000 nəfər civarında gözlənilə bilər”.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları