Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-06 17:00:00
 Müəllimlərin yerdəyişməsi müsabiqəsi ilə bağlı ən çox verilən suala cavab- Yenidən qeydiyyat mümkündür?

 

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə qeydiyyat davam edir.

AzEdu.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu 10 iyun saat 23:59-da başa çatacaq.

Bəs yerdəyişmə müsabiqəsində iştirak etmək üçün təsdiqlənən ərizəni ləğv edib, yenidən qeydiyyatdan keçmək olar?

 Müəllimlərin çoxsaylı suallarını nəzərə alaraq sualın cavabını təqdim edirik.

AzEdu.az-ın sorğusuna cavab olaraq İnsan Resursları Mərkəzindən verilən məlumata görə, namizədlər yerdəyişmə müsabiqəsində iştirak etmək üçün təsdiqlənən ərizəni ləğv edib, yenidən qeydiyyatdan keçə bilməzlər.

Qeyd edək ki, müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi bölmə və ixtisasa uyğun olaraq dəyişdiriləcək. Vakansiyalara yerləşdirilmə zamanı işə qəbul müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə toplanılan bal əsas götürüləcək.

 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları