XƏBƏRLƏR

05.04.2019 12:32
Rezidentura təhsilinə nə zaman xitam verilə bilər? – Bu qaydalar pozularsa...  

Azərbaycan Tibb Universiteti məzunlarının uzunmüddətli təhsil yolu çoxlarına məlumdur. Bu ali təhsil müəssisəsinin məzunları hər hansı ixtisas qazanmaq və bu sahə üzrə çalışmaq üçün ikimərhələli rezidentura imtahanı verməli, qəbul olunduqdan sonra hər ilin sonunda yekun imtahanda uğur əldə etməli, məzun olduqda isə attestasiyadan keçməlidirlər.

Bu təhsilin bir həkim mütəxəssisdən illər almasına baxmayaraq, bəzi hallarda onların rezidentura təhsilinə xitam verilə də bilər. Bu zaman həkim mütəxəssisin rezidentura təhsili yarımçıq qalır. Onun ixtisas sahibi olmaq üçün yenidən mübarizə aparmaq hüququ isə saxlanır.

AzEdu.az xəbər verir ki, həkim - mütəxəssisin rezidentura təhsilinə yalnız aşağıdakı hallarda xitam verilə bilər. Bu hallar “Rezidentura təhsilinin təşkili və məzmunu qaydaları”nda öz əksini tapıb.

-Həkim – mütəxəssisin özü rezidentura təhsilindən imtina etməklə bağlı yazılı ərizə verdikdə;

-Əmək qabiliyyətini fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirdikdə;

-Məhkəmə rezidentin məhdud fəaliyyət qabiliyyətli olduğuna qərar verdikdə;

-Rezident attestasiyadan təkrarən kəsildikdə;

-Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi üçün müəyyən edilmiş hallarda;

-Ödənişli əsaslarla təhsilalanlar müqavilədə göstərilmiş ödənişi həyata keçirmədikdə;

-Rezident həkim andı və sirrini pozduqda.

Qeyd edək ki, rezidentura təhsilinə xitam verilən həkim mütəxəssis qanunvericiliyə uyğun olaraq, yenidən imtahan verib rezidenturaya qəbul oluna bilər. Bu zaman isə o, təhsilinə yenidən I kursdan başlamalı olacaq.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu