Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-19 16:35:00
“Müəllimlərin maaşı orta aylıq əmək haqqından az olmamalıdır” – Qüdrət Həsənquliyevdən təklif

 

 “Dövlət bütün orta ümumtəhsil məktəbləri üçün ödənişsiz tibbi xidməti təşkil etsin”

AzEdu.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında “Ümumi təhsil haqqında” Qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.

O, eyni zamanda,  bildirib ki, qanunda öz əksini tapan müddəalardan biri də olimpiada qaliblərinin müsabiqədən kənar ali məktəblərə qəbul olunmasıdır:

“Hesab edirəm ki, bu çox düzgün bir addımdır. Son zamanlar Təhsil Nazirliyi tərəfindən təhsilin stimullaşdırılması istiqamətində görülən işlər təqdirəlayiqdir. Bu müddəanın qanun layihəsinə daxil olmasını alqışlayıram.”

Deputat həmçinin, müəllimlərin vəzifə maaşı məsələsinə də toxunub:

“Mən əvvəlki iclaslarda da bu məsələyə toxunmuşam ki, biz müəllimlərin maaşının aşağı həddini qanunvericilik qaydada göstərə bilərik. Digər sahələrdə çalışanların əmək haqqılarını qanunla müəyyən etdiyimiz kimi,  müəllimlərə də bunu şamil edə bilərik.

Bildiyimiz kimi ölkəmizdə repetitor fəaliyyəti geniş yayılıb. Bunun qarşısını almaq üçün ilk növbədə müəllimlərin maaşları qaldırılmalıdır. Hesab edirəm ki, müəllimlərin maaşı orta aylıq əmək haqqında az olmamalıdır. Düşünürəm ki, bunu da qanunvericiliyə daxil edə bilərik”.