Azedu.az

Azərbaycan Universitetinin əməkdaşı Türkiyədə təcrübə mübadiləsində olub

Universitetlər

Müəllimlər və elm adamları

16 Aprel 2025, 16:20
Azərbaycan Universitetinin əməkdaşı Türkiyədə təcrübə mübadiləsində olub

Azərbaycan Universitetinin Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzinin direktoru Aygün Muradlı universitet ilə Probasiya Xidməti arasında imzalanmış memorandumdan irəli gələn vəzifələrin icrası çərçivəsində Türkiyənin Ankara şəhərində səfərdə olub.

AzEdu.az xəbər verir ki, səfərdə Ədliyyə Nazirliyinin Probasiya xidmətinin, Sosial Xidmətlər Agentliyinin və Gənclər Fondunun rəhbər şəxsləri də iştirak edib. Türkiyənin Cəza və Həbs Evləri Baş İdarəsinin Probasiya üzrə Dairə Başkanlığının təşkilatçılığı ilə baş tutan səfər probasiya və digər cəza-icra qurumlarının fəaliyyəti ilə tanışlıq və qarşılıqlı təcrübə mübadiləsi məqsədi daşıyıb.

Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi Vüqar Ağayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində ilk olaraq Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Səfər zamanı Türkiyənin bu il 20 illik yubileyini qeyd etdiyi probasiya fəaliyyətinin tarixi və mahiyyəti, Türkiyənin probasiya qurumlarının funksiya və səlahiyyətləri, probasiya qeydiyyatında olan şəxslərin, o cümlədən narkomaniyadan məcburi müalicə alan şəxslərin reabilitasiyası, yetkinlik yaşına çatmayanların cəmiyyətə reinteqrasiyası və sosial adaptasiyası, onlara tətbiq olunan təhsil və sosial-psixoloji dəstək proqramları, probasiya üzrə innovativ texnoloji yeniliklər, elektron qolbaqların tətbiqi, rəqəmsal monitorinq texnologiyaları və bu kimi mövzularda təlimlər təşkil olunub və təcrübə mübadiləsi aparılıb.

Bundan əlavə, Türkiyənin Cəza və Həbs Evləri Baş İdarəsinə, Probasiya üzrə Dairə Başkanlığına, Ankara Probasiya İdarəsinə, Ankara Uşaq tərbiyə müəssisəsinə, Sincan Açıq tipli cəza-icra kompleksinə, Kırıkkale Cümhuriyyət Baş Prokurorluğuna, asılılıqla mübarizə proqramlarından biri olan “Hüzur Köy” - Narkomaniya ilə Mübarizə və Sosial Adaptasiya Mərkəzinə və digər ədliyyə qurumlarına baş çəkilib, tətbiq olunan mexanizmlərlə yerində tanışlıq imkanı əldə ediblər.

Azərbaycan nümayəndə heyətinin səfər çərçivəsində Türkiyənin Cəza və Həbs Evləri Baş İdarəsinin rəisi Enis Yavuz Yıldırım, Probasiya üzrə Dairə Başkanı Hüseyin Şık, Kırıkkale Cümhuriyyət baş prokuroru Akın Çetin və digər rəsmi şəxslərlə görüşləri keçirilib. Görüşlərdə Azərbaycanda son dövrlər probasiya sahəsində həyata keçirilən islahatlar və yeniliklər barədə ətraflı məlumatlar verilib, hər iki ölkənin bu sahədə müsbət təcrübəsi, tətbiq olunan təlim və sosial-psixoloji dəstək proqramları, habelə asılılıqla mübarizə, bərpaedici ədliyyə və rəqəmsal monitorinq texnologiyaları ilə bağlı qarşılıqlı faydalı fikir mübadiləsi aparılıb, tərəflər özlərinin probasiya, sosial adaptasiya və reabilitasiya üzrə müsbət təcrübələrini bölüşüblər.

Sosial-psixoloji istiqamətdə əməkdaşlığın möhkəmləndirilməsinə yönəlik təşəbbüslər də səfərin əhəmiyyətli hissəsini təşkil edib. Aygün Muradlı Türkiyəli mütəxəssislərlə bu sahədə aparılan proqramlar, sosial reabilitasiya və psixoloji dəstək mexanizmləri mövzusunda dialoqlarda iştirak edib, fikir mübadiləsi aparıb. Aygün Muradlı 2-ci “Social Work & Social Research” (Sosial iş və sosial tədqiqat) beynəlxalq konfransının plenar iclasında məruzə ilə çıxış edəcək Ankara Universitetinin professoru Elif Gökçearslan ilə də görüşüb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox