Aprelin 11-də Rusiyanın Orenburq Dövlət Universitetdə “İlin şagirdi – 2025” Ümumrusiya müsabiqəsinin regional mərhələsi keçirilib.
AzEdu.az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, Orenburq vilayətinin müxtəlif yerlərindən olan 34 istedadlı və həvəskar məktəbli öz regionlarını federal səviyyədə təmsil etmək hüququ uğrunda mübarizə aparıb. Müsabiqənin qalibləri arasında azərbaycanlı şagird Nərgiz Yaşar qızı Məsimova da var.
“İlin Tələbə Şurasının sədri”ndən tutmuş “İlin intellekti”nə qədər müxtəlif nominasiyaları əhatə edən müsabiqə gənc nəslin ən yaxşı nümayəndələrini üzə çıxarıb. Burada ictimai fəaliyyət, idman, yaradıcılıq, vətənpərvərlik və intellektual sahədə nailiyyətlərlə özlərini ifadə etməyə çalışan 8-10-cu sinif şagirdləri iştirak ediblər.
Gərgin rəqabətdən sonra münsiflər heyəti tərəfindən müsabiqənin Ümumrusiya mərhələsinə keçəcək yeddi qalibi seçilib. Qaliblər arasında “Tələbə Şurasının sədri” nominasiyası üzrə “İlin şagirdi – 2025” adını qazanmış “Saqarçinski tam orta məktəbi” bələdiyyə büdcə təhsil müəssisəsinin 10-cu sinif şagirdi Nərgiz Məsimova da var.
Nərgiz müsabiqə ilə bağlı təəssüratlarını bölüşüb: "Vilayətin birinciliyinə çıxmaq əsl mübarizə idi. Əvvəlki illərin müsabiqələrində əldə etdiyim uğurlar və böyük portfolo sayəsində müsabiqədən keçə bildim bildim. Məni müsabiqədə iştiraka ruhlandiran müəllimim Məhəbbət Jubandıkova da "İlin müəllimi" adına layiq görüldü! Müsabiqədə özünü təqdimetmə, layihə müdafiəsi və keys problemlərini həl etmək tələb olunurdu. Müəllimimlə birlikdə diqqətlə müsabiqəyə hazırlaşdıq və mən özümü uğurla təqdim edə bildim, münsiflər heyətinin bütün suallarını cavablandıraraq qalib gəldim".
Xatarladaq ki, Nərgiz Məsimova Orenburq Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin (ARMM) sədri Yaşar Məsimovun qızıdır.