AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
12 fevral harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
12 fevral 1988-ci ildə Xankəndində Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana birləşdirilməsini tələb edən mitinqlər başlandı:
Azərbaycanın o vaxtkı rəhbərliyi hadisələri ciddi qəbul etməyərək rəsmi Moskvanın müdaxiləsini, qayda-qanun yaradacağını gözlədi. Bu fəaliyyətsizlik nəticəsində Dağlıq Qarabağ erməni silahlılarının təxribat yuvasına çevrildi.
12 fevral 1964-cü ildə Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyli anadan olub:
O, Birinci Qarabağ Müharibəsində 31 yanvar 1992-ci ildə şəhidlik zirvəsinə yüksəlib. Xatırladaq ki, Təbriz Xəlilbəyli Azərbaycanın xalq şairi Xəlil Rzanın oğludur.
12 fevral 1914-cü ildə Türkiyədə təyyarə ilə ilk aviapoçt əməliyyatı həyata keçirildi:
Pilot, yüzbaşı İsmayıl Hakkı bəyin sürdüyü təyyarə ilk poçtu Lefke və Biləcik arasında daşıdı. Normal poçt rüsumlarından daha bahalı olan bu hava poçtu markalarında təyyarə, dirijabl, şar balonu və quş kimi şəkillərin istifadə edilməsi sonralar marka müxtəlifliyi və koleksiyaçılığa səbəb oldu.
12 fevral 1809-cu ildə Amerikanın görkəmli dövlət xadimi, Respublikaçılar Partiyasının qurucularından biri Abraam dünyaya gəlib:
Amerika Birləşmiş Ştatlarının prezidenti seçilən Linkoln 4 ildən sonra 2-ci dəfə də prezident seçkilərində qalib gəlib. Onun prezidentliyi dövründə 1863-cü ildə Amerikada köləliyin qəti ləğvi barədə qanun qəbul edilib.
1865-ci ildə quldarların casusu olan aktyor Buts Linkolnu ölümcül yaraladı. Bundan 2 gün sonra Linkoln vəfat etdi.