Azedu.az

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xəbərlər

15 Aprel 2025, 18:18
Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Aprelin 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq verilib.

Bu barədə AzEdu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Naxçıvan MR, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Ağsu, Balakən, Qax, Şəki, Zaqatala, Salyan, Gəncə, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gədəbəy, Xaçmaz, Quba, Samux, Ağdaş, Ucar, Kürdəmir, Göygöl, Biləsuvar, Yevlax, Bərdə, Ağdam, Tərtər, Ağcabədi, Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Saatlı, Sabirabad, Zərdab, Göyçay və İmişlidə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Kəlbəcər, Laçın, Qobustan, Şabran, Xızı, Siyəzən, Qusar, Neftçala, Hacıqabul, Mingəçevir, Goranboy, Naftalan və Daşkəsəndə də şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 28.5 m/s və daha çox olacaq.

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox