Azedu.az

Türkiyənin bəzi vilayətlərində məktəblər bağlandı

Xəbərlər

14 Aprel 2025, 13:27
Türkiyənin bəzi vilayətlərində məktəblər bağlandı

Türkiyənin bəzi vilayətlərində yağan güclü qara görə məktəblər bağlanıb.

AzEdu.az "TRT Haber"ə istinadən xəbər verir ki, güclü qar bir sıra fəsadlar törədib, bəzi vilayətlərdə yollar bağlanıb.

Hava şəraiti ilə əlaqəli olaraq Muş, Kastamonu, Ağrı, Karabük, Bitlis və Bartında tədris prosesinə bir günlük fasilə verilib.

Valiliklərdən verilən məlumata görə, hamilə və 10 yaşınadək uşağı olan qadınlara, eləcə də fiziki məhdudiyyətli şəxslərə 1 günlük icazə verilib.

 

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox