Azedu.az

Milli Kitabxanada növbəti sərgi...

Xəbərlər

26 Mart 2025, 16:28
Milli Kitabxanada növbəti sərgi...

Milli Kitabxanada XX əsr Azərbaycan komedioqrafiyasının və kinodramaturgiyasının görkəmli nümayəndəsi Sabit Rəhmanın anadan olmasının 115 illiyi münasibətilə “Əməkdar incəsənət xadimi Sabit Rəhman - 115” adlı ənənəvi kitab sərgisi açılıb.

Milli Kitabxanadan AzEdu.az-a bildirilib ki, sərgidə yazıçının əsərləri, tərcümələri, redaktoru olduğu kitablar, həyatı, yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, Azərbaycan yazıçısı, dramaturq, ssenarist, Əməkdar incəsənət xadimi Sabit Rəhman 1910-cu il martın 6-da Şəkidə (Nuxa) anadan olub. Ədəbi fəaliyyətə 1926–1927-ci illərdə Molla Nəsrəddin jurnalında dərc etdiyi felyetonlarla başlayıb. “Toy” (1938), “Aşnalar” (1945), "Aydınlıq" (1949), "Nişanlı qız" (1953), "Əliqulu evlənir" (1961), "Yalan" (1965), "Dirilər" (1970) və s. əsərləri ilə Azərbaycan komediya poetikasına zənginlik gətirib. O, dünyaca məşhur "Arşın mal alan" və "O olmasın, bu olsun", "Koroğlu", "Əhməd haradadır?" filmlərinin, “Ulduz” musiqili komediyasının ssenarilərinin, “Yeddi gözəl” baletinin librettosunun müəllifidir. Onun ədəbi-bədii irsi içərisində əllidən çox hekayə, "Son faciə", "Arzular" povestləri, "Nina" (1947), "Böyük günlər" (1952) romanları, bir neçə pyes, məqalə, tərcümə, libretto və oçerklər təşkil edir.

KRİTİK AÇIQLAMA! Rusiya yeni işğallara başlayır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox