Dünən saat 14:20 radlələrində 2022-ci il təvəllüdlü şəxs (kişi cinsli) ailə üzvləri tərəfindən Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına gətirilib.
AzEdu.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən APA-ya verilən məlumata görə, təcili tibbi yardım şöbəsində həkimin müayinəsi zamanı şəxsin həyati əlamətlərinin olmadığı müəyyən olunub. Ölümün digər dəqiqləşdirilməmiş formaları diaqnozu təyin edilən şəxsin nəşi təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.
08:54
Sumqayıtda halı pisləşən 3 yaşlı uşaq ölüb.
AzEdu.az xəbər verir ki, hadisə Xəzri yaşayış massivində qeydə alınıb.
Fərdi mənzildə yaşayan 2022-ci il təvəllüdlü Qadir Qələndərovun evdə halı qəfil pisləşib.
O Sumqayıt uşaq xəstəxanasına gətirilərkən yolda həyatını itirib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.