Finlandiya səkkiz il ardıcıl olaraq dünyanın ən xoşbəxt ölkəsi seçilib.
AzEdu.az xəbər verir ki, bu barədə məlumat BMT-nin sifarişi əsasında bir qrup mütəxəssis tərəfindən hazırlanan Ümumdünya Xoşbəxtlik Hesabatında yer alıb.
Siyahının ilk üç pilləsində Danimarka və İslandiya da yer alıb. 147 pilləlik siyahıda ən sonuncu yeri Əfqanıstan tutub.
Qeyd edək ki, Ümumdünya Xoşbəxtlik Hesabatı BMT Baş Assambleyasının təşəbbüsü ilə 2012-ci ildən elan edilir.