Azərbaycana yaz fəsli 20 Mart saat 13:01-də daxil olacaq.
Bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AzEdu.az-a məlumat verilib.
Bildirilib ki, bu gün Günəş göyün cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir və şimal yarımkürəsində yaz fəsli, cənub yarımkürəsində isə payız fəsli başlayır. Bu zaman yaz gecə və gündüzün uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur.