Azedu.az

Keniyada timsah 16 yaşlı məktəblini parçalayıb

Xəbərlər

20 Mart 2025, 08:47
Keniyada timsah 16 yaşlı məktəblini parçalayıb

Keniyada timsah məktəblini suyun altına sürüyərək parçalayıb.

AzEdu.az xəbər verir ki, bu barədə "Citizen Digital" məlumat yayıb.

Hücum Bomet inzibati dairəsində baş verib. 16 yaşlı orta məktəb şagirdi çayın yaxınlığında olarkən timsah onu tutub və suyun dərinliyinə aparıb.

Oğlanın qalıqlarını çaydan çıxaran zaman məlum olub ki, məktəbli ayaq, sinə və omba nahiyəsindən ağır xəsarətlər alıb. Yerli hakimiyyət orqanları belə bir hadisənin bölgə üçün görünməmiş olduğunu bildiriblər, çünki orada, timsah demək olar ki, yoxdur. Sürünənlərin qida axtarışında Masai Mara Qoruğundan qaçdığı güman edilir.

Keniya Vəhşi Təbiət Xidməti hazırda təhlükəsizliklərinə görə narahat olan bölgə sakinlərinin xahişindən sonra hadisə ilə bağlı araşdırmaya başlayıb.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox