Azedu.az

Qısamüddətli peşə təlimlərinə başlanılıb

Xəbərlər

Peşə Təhsili

17 Mart 2025, 20:11
Qısamüddətli peşə təlimlərinə başlanılıb

Bakıda və regionlarda yerləşən peşə təhsili müəssisələrində peşə bacarıqlarının artırılması və əmək bazarının ehtiyaclarına uyğun ixtisaslı kadrların hazırlanması məqsədilə qısamüddətli təlimlərin təşkilinə başlanılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, təlimlər “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində həyata keçirilir və ölkənin müxtəlif peşə təhsili müəssisələrində təşkil olunur.

Təlimlər əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq informasiya-kommunikasiya texnologiyaları, sənaye, xidmət, kənd təsərrüfatı və turizm sahələrini əhatə edir. Bu sahələr üzrə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən şəxslər “portal.edu.az” platforması vasitəsilə qeydiyyatdan keçərək təlimlərdə iştirak edə bilərlər.

Proqram çərçivəsində təlimləri uğurla başa vuran iştirakçılara əmək fəaliyyətinə başlamağa imkan verən dövlət nümunəli sertifikat təqdim olunacaq.

Qısamüddətli təlimlərin təşkil edildiyi müəssisələrin və müvafiq ixtisasların siyahısı ilə linkdə tanış olmaq mümkündür.

TƏCİLİ! Sərhəddə gərginlik-Silahlar işə düşdü
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox