“Peşə təmayüllü siniflər üzrə əsas hədəfimiz növbəti tədris ilində şagird sayını 13 000-ə çatdırmaqla bu layihənin əhatə dairəsini maksimum genişləndirməkdir”.
AzEdu.az xəbər verir ki, bu sözləri "Peşə təmayüllü siniflər" layihəsinin rəhbəri Arif Pənahov bildirib.
O qeyd edib ki, layihə 2019-2020-ci tədris ilində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə fəaliyyətə başlayıb.
"İlk illərdə 20 məktəbi və 350-400 şagirdi əhatə edən proqram hazırda ölkə üzrə 327 məktəb və 9 000-dən çox şagirdi əhatə edir. Növbəti tədris ili üçün hədəf isə şagird sayının 13 000-ə çatdırılmasıdır".
Zeynəb Tehranlı