Azedu.az

Azərbaycan Universitetinin rektoru beynəlxalq tədbirdə çıxış edib

Xəbərlər

Universitetlər

17 Mart 2025, 16:03
Azərbaycan Universitetinin rektoru beynəlxalq tədbirdə çıxış edib

Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva “Probasiya nəzarətində olan şəxslərin sosial-psixoloji adaptasiyası istiqamətində yeni trendlər” mövzusunda təşkil olunan beynəlxalq tədbirdə məruzə ilə çıxış edib.

AzEdu.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən “Zoom” platforması üzərindən təşkil olunan tədbir Azərbaycanda “Konstitusiya və Suverenlik İli” və Dünya Sosial İş Gününə həsr olunub. 

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva çıxışında prezident İlham Əliyevin “Sosial sahə, insanların güzəranı, insanların sosial müdafiəsi diqqət mərkəzində olacaqdır” sözlərini sitat gətirərək qeyd edib ki, sosial sahənin prioritetliyi aidiyyəti qurumların üzərinə böyük məsuliyyət qoyur. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin bu istiqamətdəki missiyası və fəaliyyətini əhatə edən məruzəsində  tədbir iştirakçılarına universitetdə Sosial iş ixtisasının yaradılması və tarixi, kadr hazırlığının aparılması, məzunların məşğulluq göstəriciləri, Sosial işin təşkili kafedrasının, Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzinin, tələbə klublarının fəaliyyəti, yerli və beynəlxalq əməkdaşlıqlar, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi haqqında məlumat verib. S. Əliyeva bildirib ki, Sosial iş ixtisası 2023-cü ildə bakalavriat səviyyəsi üzrə 5 il müddətinə beynəlxalq akkreditasiyadan keçib ki, bu da həm universitetin beynəlxalq səviyyədə tanınmasını təmin edir, həm də məzunların rəqabət qabiliyyətini artırır.

Rektor diqqətə çatdırıb ki, Azərbaycan Universiteti, Sosial Tədqiqatlar Mərkəzi, Türkiyənin Fırat Universiteti və Recep Tayyip Erdoğan Universitetinin birgə təşkilatçılığı ilə 23-25 may tarixlərində keçiriləcək 2-ci “Social Work & Social Research” (Sosial iş və sosial tədqiqat) beynəlxalq konfransına hazırlıq işləri uğurla davam edir. Tədbir iştirakçılarını konfransa dəvət edən Səadət Əliyeva hazırda təhsil proqramlarının təkmilləşdirilməsi üzrə mühüm işlərin aparıldığını da diqqətə çatdırıb.

Tədbirdə Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisi Vüqar Ağayevin, Azərbaycandan və Türkiyədən probasiya, sosial iş və sosial xidmət sahələrində universitet nümayəndələrinin, mütəxəssis və ekspertlərin çıxış və məruzələri də dinlənilib.

TƏCİLİ! Sərhəddə gərginlik-Silahlar işə düşdü
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox