AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
11 mart harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
11 mart 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 virusunu pandemiya elan edib:
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktı 28 fevral 2020-ci ildə qeydə alınıb.
11 mart 1702-ci ildə İngiltərədə gündəlik çıxan ilk milli qəzet “Daily Courant” nəşr olunmağa başlayıb.
11 mart 1959-cu ildə Sumqayıtda ilk dəfə tramvay yolu istifadəyə verilib:
Buraya Latviyanın Riqa şəhərindən altı tramvay gətirilib. İlk vaqonu sürücü S.Rəhimov idarə edib. Sumqayıtda iki tramvay marşrutu qurulmuşdu. Biri mərkəzdən indiki Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə, digəri isə mərkəzdən indiki Azərbaycan Boruyayma Zavoduna kimi.
Tramvayların iş rejiminə əsasən birinci vaqon səhər saat altının yarısında xətdən çıxıb, sonuncusu isə gecə saat ikidə depoya gəlirdi. Tramvayların hərəkət intervalı 15 dəqiqə təşkil edirdi.
11 mart 1502-ci ildəI Şah İsmayıl Təbrizdə şahənşah titulunu qəbul edərək Səfəvilər dövlətinin əsasını qoydu:
14 yaşında hakimiyyətə gələn, 14 ilə 14 eli birləşdirərək, vahid və böyük Azərbaycan dövləti - Səfəvi dövlətini yaradan bir şəxsiyyətdir. O həm də ilk dəfə türk dilində heca vəznində şeir yazan şairdir. Onun türk dilində yazdığı gözəl şeirlər meydana gəldikdə şeiriyyata öz damğasını vurmuş fars dili ikinci plana keçdi. Məhz onun başlatdığı ənənə nəticəsində Mühəmməd Füzuli kimi dahi yetişdi.