Dövlət İmtahan Mərkəzi (DİM) 3 və 10 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.
Hər iki imtahanın nəticələri də artıq məlumdur. DİM bu imtahanlarda respublika üzrə ən yüksək nəticə göstərən abituriyentlərin sayını və adlarını açıqlayıb.
Maraqlıdır, Regional Təhsil idarələrinin əhatə etdiyi bölgələrdə ən çox bal toplamış abituriyentlər kimlərdir?
AzEdu.az Təhsil Portalı bu sualın cavabını tapmaq üçün araşdırma aparır.
Bu araşdırma nəticəsində Regional Təhsil idarələrinin əhatə etdiyi rayonlar üzrə ən yüksək bal toplayan şagirdləri sizə təqdim edirik.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin əhatə etdiyi Ağdaş, Yevlax, Kürdəmir, Ucar, Göyçay rayonları üzrə ən yüksək bal toplayan abituriyentlərin adlarını diqqətinizə çatdırırıq.
İdarədən AzEdu.az-a bildirilib ki, həmin regionda ən yüksək nəticə göstərmiş şagirdlər 298.3 bal toplayıb.
Eyvazov Maarif Seymur oğlu- Göyçay şəhər E.Əkbərov adına 2 nömrəli tam orta məktəbin şagirdi- 298,3 bal
Kərimov Xəyal Famil oğlu- Mingəçevir şəhər Y.Muradov adına 11 nömrəli tam orta məktəbin şagirdi- 298.3 bal
Nəbiyeva Nurtac İlham qızı- Mingəçevir şəhər R.Muradov adına Texniki humanitar lisey- 298.3 bal
Səlimova Aysel Ehtiram qızı- Mingəçevir şəhər Təbiət riyaziyyat və humanitar elmlər təmayüllü lisey- 298.3 bal
Mustafayeva Aygün Elnur qızı- Ağdaş rayonu Güvəkənd kənd Y.İsmayılov adına tam orta məktəb- 298.2 bal
Xəlilzadə Əkrəm Samir oğlu- Göyçay şəhər R.Rza adına 1 nömrəli tam orta məktəb- 298 bal
Seyidli Sevinc Qoşqar qızı- Göyçay şəhər 4 nömrəli tam orta məktəb- 298 bal
Kərimli Ələkbər Əlmövsüm oğlu- Kürdəmir rayonu Pirili kənd tam orta məktəbi- 297.3 bal
Mürşüdova Gülay Elməddin qızı- Zərdab rayon Gödəkqobu kənd tam orta məktəb-287.7 bal
Məmmədov Raul Aqil oğlu- Zərdab rayon Pərvanlı kənd tam orta məktəb-287.4 bal
Süleymanova Nərmin Zaur qızı- Yevlax şəhər S.Vurğun adına 5 nömrəli tam orta məktəb-296 bal
Qəhrəmanova Xanım Namiq qızı- Ucar şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseyin XI sinif şagirdi-295 bal
Nigar Nəcəfova