Mil- Muğan regionunda 90 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Mil-Muğan Regional Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, qrup sayı- 206, uşaq sayı 3 332, tərbiyəçi müəllim- 269, texniki heyət sayı-601 nəfərdir.
“Tərbiyəçi müəllimlərin işə qəbulu müsabiqəsində 12 nəfər tərbiyəçi müəllim işə təyin edilib, bağça müdirlərinin işə qəbulun müsabiqəsində 2 nəfər uğur qazanıb. Texniki heyət üzrə işə qəbul şəhid ailəsi üzvü 16 nəfər, qazi və ya müharibə veteran 8 nəfər, aztəminatlı ailə 29 nəfərdir”.
Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, uşaqların qidalanması qida normalarına və yaş katerqoriyasına uyğun olaraq, gün ərzində 3 dəfə qidalanma ilə təmin olunurlar:
“Region üzrə bütün məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazası və infrastrukturunun monitorinqi aparılmışdır. Təmirə ehtiyacı olan müəssisələr müəyyənləşdirilərək, həlli istiqamətində müvafiq tədbirlər görülür”.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat //bq.edu.az/ portalı əsasında aparılır.