Azedu.az

“Məktəblilərarası Milli Hakaton - 2025”ə qeydiyyat uzadıldı

Məktəblər

Elm və Təhsil Nazirliyi

19 Mart 2025, 16:40
“Məktəblilərarası Milli Hakaton - 2025”ə qeydiyyat uzadıldı

Elm və Təhsil Nazirliyinin dəstəyi və “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinə qeydiyyat martın 28-dək uzadılıb. 

AzEdu.az xəbər verir ki, eyni zamanda, artıq qeydiyyatdan keçmiş şagirdlər həmin tarixədək elektron sistemdə onlara təqdim edilən tapşırıqları yerinə yetirməlidirlər.

Bunun üçün qeydiyyat zamanı şagirdin elektron ünvanına göndərilən istifadəçi adı və şifrə ilə “Learn” platformasına daxil olmaq lazımdır. 

Qeyd edək ki, ilkin qeydiyyat mərhələsində respublika üzrə 5-11-ci sinif şagirdləri iştirak edə bilərlər. Qeydiyyat mərhələsində verilən tapşırıqları uğurla yerinə yetirən iştirakçılar I mərhələyə vəsiqə qazanacaqlar.

Müsabiqənin bütün sınaqları iştirakçılar üçün müvafiq qruplar (8-9-cu siniflər və 10-11-ci siniflər) çərçivəsində aparılır.

Dörd mərhələ və finaldan ibarət olan hakaton müddətində iştirakçılar test tapşırıqları, komanda işi və layihə hazırlığı kimi yaradıcı və innovativ fəaliyyətlərdə iştirak edəcəklər. III və IV mərhələlər müsabiqədə fəal iştirak edən şagirdlər üçün 5 müxtəlif regionda təşkil ediləcək.

Müsabiqənin final mərhələsində isə 120 iştirakçıdan ibarət 30 komanda yarışacaq.

 

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox