Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinə qəbul imtahanlarının hər iki cəhdi yekunlaşıb.
AzEdu.az Təhsil Portalı olaraq regionlar üzrə ən yüksək nəticə göstərən abituriyentləri təqdim edəcəyik.
III ixtisas qrupu üzrə yüksək bal toplayanların siyahısı üçün Quba-Xaçmaz Regional Təhsil İdarəsinə müraciət etdik.
İdarədən bildirilib ki, Quba rayonu Aşağı Atuc kənd tam orta məktəbin şagirdi Gülməliyeva Sevil Rövşən qızı III ixtisas qrupu üzrə 684 bal toplayaraq ən yüksək nəticəni əldə edib.
Quba, Xaçmaz, Şabran, Qusar və Siyəzən rayonları üzrə yüksək bal toplayan abituriyentlər aşağıdakılardır:
Quba rayonu Aşağı Atuc kənd tam orta məktəbin şagirdi Gülməliyeva Sevil Rövşən qızı, III qrup – 684 bal
Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin şagirdi Quliyeva Nübar Məzahir, III qrup – 659 bal
Quba şəhər Hikmət Hüseynov adına 4 nömrəli humanitar fənləri təmayüllü məktəb-liseyin şagirdi Şahmuradov Nihad Elşad oğlu ,III qrup – 649 bal
B.Ağaverdiyev adına şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Fərmanova Milena Elşən qızı, lll qrup - 648.2 bal
Şirin İsmayılov adına 3 nömrəli tam orta məktəbin şagirdi Həsənova Şükriyyə Aftandil qızı - 647 bal
Şabran rayonu Elman Mütəllimov adına, Ağalıq kənd tam orta məktəbin şagirdi Zeynalov Şahin Firuz oğlu, III qrup - 644,5 bal