Azedu.az

AMEA-nın prezidenti Türkiyə Elmlər Akademiyasında çıxış edib

Maraqlı

AMEA

6 Dekabr 2023, 09:13
AMEA-nın prezidenti Türkiyə Elmlər Akademiyasında çıxış edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Türkiyə Elmlər Akademiyasının (TÜBA) Baş Assambleyasında iştirak və çıxış edib.

 

AMEA-dan AzEdu.az-a bildirilib ki, Türkiyə Elmlər Akademiyası Baş Assambleyasının Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş açılış iclasını TÜBA-nın başqanı professor Müzəffər Şəkər açıb. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli yubiley iclasında “Azərbaycan və Türkiyənin inkişafında “Bir millət – iki dövlət” modeli” mövzusunda məruzə ilə çıxış edib.

 

Bundan başqa, TÜBA-nın yubileyi mərasimində Qazaxıstan, Rumıniya, Bosniya və Herseqovina Elmlər akademiyalarının rəhbərləri də çıxış ediblər.

 

Baş Assambleyanın iclasında Türkiyə Elmlər Akademiyasının həqiqi və müxbir üzvlüyünə seçkilər keçirilib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox