Dostunun uşağınıza pis təsir etdiyini və ya sizin xoşlamadığınız hərəkətlərə yönəltdiyini hiss edirsinizsə, neyləməlisiniz? Heç bir halda hadisələri qabaqlamağa çalışmamalı və ünsiyyəti birdən-birə qadağan etməməlisiniz. Buna qədər tətbiq edə biləcəyiniz bir sıra üsullar var. Uşağınızın dostu ilə münasibətləri kəsməsinə can atmağınız vəziyyəti daha da ağırlaşdıra bilər.
AzEdu.az saytı psixoloqların bu vəziyyətlə bağlı məsləhətlərini təqddim edir:
Tənqid etməyin
Çox güman ki, uşağınızın dostu haqqında yüksək tonda xoşagəlməz epitetləri ağzınızdan çıxmağa hazırlaşırsınız - ancaq bunları özünüzdə saxlamaq daha yaxşıdır.
Unutmayın, uşaqlar adətən dostlarını qorumağa meyllidirlər. Onlar dostlarını sizdən tamamilə fərqli şəkildə qəbul edir. Uşaqlar hələ vəziyyətə kənardan baxıb, rasional qiymətləndirə bilmirlər. Sizin nə danışdığınızı uşağınız əslində sadəcə başa düşməyəcək.
Buna görə də, uşağınızın xoşlamadığınız dostunun şəxsi keyfiyyətləri haqqında deyil, onun öz davranışı haqqında danışın. Əgər övladınız hər hansı bir dostunun sizin qətiyyən bəyənmədiyiniz bəzi davranışlarını təkrar etməyə başlayırsa, ona bildirin ki, evinizdə belə davranışa dözməyəcəksiniz.
Şərt qoyun
Əlbəttə ki, uşağınızın gün ərzində etdiyinə nəzarət edə bilməzsiniz. Beləliklə, əgər siz uşağınızın dostları ilə birlikdə məktəbdən sonra harada və nə ilə məşğul olacağından narahatsınızsa, ən pis hadisələrin baş verməsindən şübhələnirsinizsə, həqiqəti bilmək çətindirsə, onun qarşısında şərt qoya bilərsiniz: onlar bu vaxtılarını sizin evdə bir yerdə keçirməlidirlər. Beləliklə, ən azı gizlincə olsa da onların etdiklərini izləyə bilərsiniz. Əgər uşağınız bu cür məhdudiyyətlərə fəal şəkildə müqavimət göstərirsə, onların dostluğunu niyə sevmədiyiniz barədə söhbətə başlamağın vaxtıdır.
Nümunələr verin
Uşağın dostunu niyə bəyənmədiyiniz barədə əsaslı sualına cavab verərkən, qeyri-müəyyən və çaşdırıcı cavab verməkdən qaçmaq lazımdır: Sadəcə olaraq, bunu bəəənmədiyinizi deməyiniz kifayət etmir. Əvvəlcədən narazılığınızın səbəblərinin siyahisini, səbəblərin siyahısını və dostunun uşağınız necə təsir etdiyini və bu təsirin niyə pis olduğunu düşündüyünüz konkret nümunələri hazırlamalısınız. Nümunələr gətirdiyiniz zaman uşaq sizin niyə bu qədər narahat olduğunuzu başa düşə biləcək. Bundan əlavə, prosesdə onun dostunun davranışını izah edən yeni bir şey öyrənə biləcəksiniz. Ola bilsin ki, bu uşağın valideynləri ilə münasibəti pisdir və bu vəziyyət onun əxlaqına təsir edir. O zaman uşağınızın dostuna sizin də münasibətiniz dəyişə bilər.
Balansı qoruyun
Uşağı ona pis nümunə göstərən dostundan ayırmağa məcbur etmək sizə mümkün deyilsə, ağlabatan bir kompromis axtarmalısınız. Ola bilsin ki, hər şey o qədər də pis deyil və uşağınız da öz növbəsində dostuna müsbət təsir göstərir, ona görə də onların münasibətləri nisbi tarazlıqdadır. Burada sərt sərhədlər qoya bilərsiniz - müəyyən davranışlara dözməyəcəksiniz və belə bir şey baş verərsə, dostluq bitdi.
Uşağınızın dostunun valideynləri ilə danışın
Bəlkə də bu pis fikir deyil - bu yolla siz uşağınızın dostu haqqında yeni bir bir şey öyrənəcəksiniz. Ola bilsin ki, uşağın anasının sizin dəstəyinizə ehtiyacı var, o özü də uşağının davranışından narahatdır və hətta onun öhdəsindən gələ bilmir. Ola bilsin ki, siz ona kömək edəcəksiniz. Ən azından danışmaq üçün. Yaxud ola bilər ki, ananın uşağının özünü necə dəhşətli aparmasından xəbəri yoxdur və sizin müdaxiləniz onu normal vəziyyətə qaytarmağa kömək edəcək.