Azedu.az

Uşaq evlərinin 247 sakini paytaxt məktəblərində təhsil alır

Bakı Şəhər üzrə Təhsil İdarəsi

18 Fevral 2025, 14:25
Uşaq evlərinin 247 sakini paytaxt məktəblərində təhsil alır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində paytaxtdakı uşaq evlərinin 247 sakini təhsil alır. Onlar 1 saylı Uşaq evi sosial xidmət müəssiəsi, 2 saylı Uşaq evi sosial xidmət müəssiəsi, 3 saylı Uşaq evi sosial xidmət müəssiəsi, "Təmiz  Dünya" və “Ümid yeri” uşaq sığınacaqlarında məskunlaşan uşaqlardan ibarətdir.

Bu barədə AzEdu.az- BŞTİ-dən məlumat verilib.

İdarədən bildirilib ki, həmin uşaqlar məktəblərdə digər uşaqlarla səmimi ünsiyyət qurur və təhsil mühitinə uğurla adaptasiya olunur, cəmiyyətin bir hissəsi kimi formalaşırlar. Bu prosesə təkan vermək üçün vaxtaşırı olaraq BŞTİ tərəfindən həmin uşaqlarla görüşlər keçirilir.

Uşaq evləri sakinlərinin məktəbə adaptasiya vəziyyəti ilə maraqlanmaq, onların motivasiyasını gücləndirmək və cəmiyyətə inteqrasiyasını dəstəkləmək məqsədilə keçirilən görüşlər zamanı uşaqları maraqlandıran suallar cavablandırılır, onlara hədiyyələr verilir.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox