Azedu.az

Bağçalara yazılma prosesi müvəqqəti dayandırılır

Bağçalar

Maraqlı

Müəllimlər və elm adamları

30 Avqust 2024, 18:15
Bağçalara yazılma prosesi müvəqqəti dayandırılır

Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma müvəqqəti dayandırılır.

 

Bu barədə AzEdu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır. Səbəb 1-15 sentyabr tarixlərində qrupların komplektləşdirilməsi ilə bağlıdır.

 

Komplektləşdirilmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu 16 may 2025-ci ilə qədər davam edəcək.



Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi bq.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox