Azedu.az

Lənkəran-Astara RTİ-dəki bağçaların SAYI

Bağçalar

Maraqlı

Müəllimlər və elm adamları

17 İyul 2024, 17:05
Lənkəran-Astara RTİ-dəki bağçaların SAYI

İyunun 16-dan etibarən regionlar üzrə uşaqların məktəbəqədər hazırlıq qruplarının qeydiyyatına start verilib. Proses sentyabrın 13-nə qədər davam edəcək.

 

Bölgələr üzrə ayrı-ayrılıqda bağçaların sayını öyrənmək üçün AzEdu.az Təhsil Portalı olaraq sorğu keçiririk.

 

Lənkəran-Astara Regional Təhsil İdarəsinə ünvanladıq.

 

İdarədən sorğumuza cavab olaraq bildirildi ki, regional təhsil idarəsinin tabeliyində ümumi 121 bağça fəaliyyət göstərir:

 

 

“Lənkəran rayonu üzrə 51, Cəlilabadda 20, Masallıda 17, Astarada 16, Lerikdə 13, Yardımlıda isə 4 bağça fəaliyyət göstərir deyə”,- qeyd olunub.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox