Azedu.az

Yaşayış binasındakı yanğın söndürüldü: Bağça uşaqları təxliyə edilib

Bağçalar

Maraqlı

12 Dekabr 2023, 15:22
Yaşayış binasındakı yanğın söndürüldü: Bağça uşaqları təxliyə edilib

Fövqəladə Hallar Nazirliyi Bakıda mənzillərin birində başlayan yanğınla bağlı açıqlama verib.

 

AzEdu.az xəbər verir ki, FHN-dən verilən məlumatına görə, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, 28 May küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub:

 

“Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb”.

 

Qeyd edilib ki, hazırda bəzi tüstülənmə ocaqlarının tam söndürülməsi istiqamətində tədbirlər görülür:

 

“Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının birinci mərtəbəsində yerləşən uşaq bağçasından 41 uşaq yanğınsöndürənlər tərəfindən təxliyə edilib”.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox