Azedu.az

Bu ölkə universitet ixtisarı və kampus bağlanması qərarı aldı

Xəbərlər

5 Dekabr 2025, 14:46
Bu ölkə universitet ixtisarı və kampus bağlanması qərarı aldı

Böyük Britaniyanın University of Essex ali təhsil müəssisəsi beynəlxalq tələbələrin sayının kəskin azalması səbəbindən 400 iş yerini ixtisar edəcəyini açıqlayıb. Universitet həmçinin 2026-cı ilə qədər Southend kampusunu tamamilə bağlamaq qərarına gəlib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bu qərar universitetin maliyyə vəziyyətinin sabitliyini təmin etmək məqsədi ilə verilib. 

Universitet rəsmiləri ixtisarların və kampusun bağlanmasının tədricən həyata keçiriləcəyini, həm işçilər, həm də tələbələr üçün uyğun keçid planlarının hazırlanacağını bildiriblər.

Yunanistandan Türkiyeye savaş mesajı - Füzeler hazır hale getirildi
Son xəbərlərDaha çox