Azedu.az

Yeni Zelandiyada uşaqlar bağçada kimyəvi yanıqlar alıblar

Xəbərlər

5 Dekabr 2025, 14:09
Yeni Zelandiyada uşaqlar bağçada kimyəvi yanıqlar alıblar

Yeni Zelandiyada uşaq bağçasında uşaqlar da daxil olmaqla, ən azı altı nəfər kimyəvi yanıqlar alıb.

AzEdu.az xəbər verir ki,  bu barədə "Radio New Zealand" (RNZ) məlumat verib.

Məlumata görə, ölkənin Cənub adasının şərq sahilində yerləşən Kraystçerç şəhərindəki uşaq bağçasında su sürüşkənində kimyəvi maddələrdən düzgün istifadə edilməyib bu isə müxtəlif dərəcəli yanıqlara səbəb olub.

Ümumilikdə, 40 nəfər müayinə olunub və altı nəfər xəstəxanaya aparılıb. Onlardan beşi uşaqdır. Pasiyentlərdən birinin vəziyyətinin ağır, ikisinin isə orta ağır olduğu qeyd edilir.

"Hadisə yerində 18 fövqəladə xidmət qrupu, o cümlədən böyük insidentlər zamanı dəstək qrupu işləyir", - Milli Təcili Yardım Xidmətindən bildirilib.

Yunanistandan Türkiyeye savaş mesajı - Füzeler hazır hale getirildi
Son xəbərlərDaha çox