Türkiyənin Afyonkarahisar vilayətinin Bolvadin rayonunda şagirdləri daşıyan servis avtomobili ilə pikapın toqquşması nəticəsində 14 nəfər xəsarət alıb.
AzEdu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Eski Bələdiyyə Döngəsində qeydə alınıb. Hələlik sürücülərinin kimliyi və nəqliyyat vasitələrinin dövlət nömrə nişanları məlum olmayan məktəb servisi ilə kamyonet naməlum səbəbdən toqquşub.
İlkin məlumatlara görə, qəza zamanı 14 nəfər yaralanıb. Hadisə yerinə təcili tibbi yardım, polis və yanğınsöndürən qruplar cəlb edilib. Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara aparılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.
