Azedu.az

Repetitor qiymətləri niyə bahalaşır? - Bakı və regionlar arasında BÖYÜK FƏRQ

Xəbərlər

4 Dekabr 2025, 15:44
Repetitor qiymətləri niyə bahalaşır? - Bakı və regionlar arasında BÖYÜK FƏRQ

Repetitor qiymətləri Bakı şəhərində təxminən 100 manat civarında, belə deyək də 80-120 manat arasıdır. Regionlarda isə təxminən 50-60 manat ətrafında hesablanır.

AzEdu.az-a bu sözləri təhsil eksperti Ramin Nurəliyev sözyləyib. 

O, qeyd edib ki, əsas fərq əlbəttə ki, Bakı şəhərində həm şagird bazasının çox olması, həmçinin qiymətlərin regiona nisbətən daha yüksək olmasıdır:

"Müəllim hər hansı bir yerdə icarə tutursa, bunun regiondakı qiyməti tamamilə fərqlidir. Çünki əgər üç otaqlı bir ev tutursa, iki otaqlı bir ev tutursa, bunun qiyməti təxminən 1000-1200 manat ətrafındadır. Amma regionlarda isə icarə təxminən 250-300 manat civarında olur.

Yəni, bu fərqləri nəzərə alaraq, Bakıda əksər müəllimlər demək olar ki, kserokopiyadan istifadə edirlər, kağız formatında testlər verirlər şagirdlərə, özləri kserokopiya hazırlayıb şagirdlərə testlər paylayırlar. Bunları da nəzərə alaraq, Bakıda da misal üçün kəndlərində 70-80 manat civarında repetitor fəaliyyət mövcuddur. Amma şəhərin mərkəzindən danışsaq, şəhərin mərkəzində icarə yerlərinin baha olması qiyməti də təxminən 30-40 manat artırır".

Bakı şəhərində müəllim regionda dərs keçirsə, onun ehtiyacları Bakıdakı ehtiyaclardan fərqlənir:

"Ortalama götürəndə qiymət 80-100 manat arasıdır, çünki 120-150 manat, olsa belə, çox az fərdi müəllim olur. Bakıda misal üçün kəndlərində isə 60-70 manat civarında repetitor fəaliyyəti var. Bu əsasən icarə haqqı ilə əlaqələndirilir.

Bakı şəhərində müəllim regionda dərs keçirsə, onun ehtiyacları Bakıdakı ehtiyaclardan fərqlənir. Nə kimi ehtiyaclar? Misal üçün nəqliyyat xərcləri, qida ehtiyacları və dərs üçün kirayə ev tutmaq. Bunlarla yanaşı müəllimin qidalanması və nəqliyyat xərcləri də var. Bütün bunlar üst-üstə gəldiyi zaman qiymət fərqi meydana gəlir".

Rusiyayla Ukrayna sərt xəbərdarlıq dayandırın!
Son xəbərlərDaha çox