Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan kitabxana müdiri və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə müsabiqə üçün sənəd qəbuluna start verilib.
AzEdu.az xəbər verir ki, müsabiqəyə təhsil müəssisələrində vakant olan kitabxana müdiri vəzifəsi üzrə 31, kitabxanaçı vəzifəsi üzrə isə 1 olmaqla ümumilikdə 32 vəzifə çıxarılıb.
Qeyd olunan vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 5 dekabrdan 15 dekabradək şəxsiyyət vəsiqəsinin, diplomun, əmək kitabçasının surətlərini (namizəd şəhid ailəsinin üzvüdürsə vəsiqənin surətini) yaşadıqları ərazi üzrə Təhsil şöbələrinə təqdim edərək qeydiyyatdan keçə bilərlər.
Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslərin ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin test imtahanı mərhələsində iştirakı təmin ediləcək.
Müsabiqə şərtləri ilə bağlı məlumat //l24.im/x1QJ linkində, proqramla bağlı məlumat //l24.im/1JnP linkində, vakant olan vəzifələrlə bağlı məlumat isə //l24.im/AInP linkində yerləşdirilib.