Azedu.az

Hindistan ali təhsil sistemində islahatlara gedir

Xəbərlər

4 Dekabr 2025, 13:52
Hindistan ali təhsil sistemində islahatlara gedir

Hindistan parlamentində “HECI Bill 2025” adlı qanun layihəsi təqdim ediləcək. Layihəyə görə, ölkədə ali təhsil sisteminin tənzimlənməsi üçün yeni, vahid strukturlar yaradılacaq.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, islahat çərçivəsində universitetlərə nəzarət edən mövcud qurumların funksiyaları birləşdirilərək təhsilin səmərəliliyi və standartları artırılacaq. Məqsəd ölkədə ali təhsil sahəsində vahid tənzimləmə mexanizmi yaradaraq universitetlərin fəaliyyətini daha effektiv və şəffaf şəkildə idarə etməkdir.

Rəsmi mənbələr bildirir ki, bu qanun layihəsi təhsil islahatlarının davamı olaraq, universitetlərin keyfiyyət standartlarını yüksəltməyi və tələbələr üçün daha şəffaf akademik mühit təmin etməyi hədəfləyir.

Əli Kərimliyə görə partiya sədrləri bir-birinə dəydi - AĞIR SÖZLƏR
Son xəbərlərDaha çox