Azedu.az

Semestr imtahanları ləğv olunmalıdır?

Xəbərlər

4 Dekabr 2025, 13:44
Semestr imtahanları ləğv olunmalıdır?

Artıq tələbələrin semestr imtahanlarına sayılı günlər qalıb.  Universitetlərdə imtahan sistemi isə bir-birindən fərqlənir: bəzi təhsil müəssisələri test, bəziləri bilet əsaslı və ya şifahi imtahan modelindən istifadə edir.

Lakin maraqlı bir sual ortaya çıxır: bir semestr boyunca seminar, kollekvium və aralıq imtahanlarından keçən tələbələrin yenidən yekun imtahan verməsinə həqiqətən ehtiyac varmı?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Ali təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli qeyd edib ki, bu qiymətləndirmə modeli dünyanın əksər ölkələrində tətbiq edilən ümumi metod sayılır:

"Bu, təkcə bizdə deyil. Dünyanın demək olar ki, bütün ölkələrində imtahanların keçirilmə forması və ümumi qiymətləndirmə sistemi oxşardır. Tələbələr tədris dövründə seminarlarda iştirak edir və buradan bal toplayırlar. Eyni zamanda kolokviumdan və ya aralıq imtahanından da qiymət alırlar. Sonda isə final imtahanında ümumi qiymətləndirmə 100 bal üzərindən aparılır. Doğrudur ki, bəzi universitetlərdə test, yazılı və ya şifahi imtahan formalarından istifadə olunur. Bu, fənlərin spesifikasına və xüsusiyyətlərinə görə müəyyən edilir və kifayət qədər önəmlidir".

Bəzi universitetlərdə qiymətləndirmə təhsil səviyyəsi və ixtisasın tələblərinə görə dəyişə bilər:

"Tələbələrin kolokvium və semestr ərzində topladıqları seminar balları da öz əhəmiyyətini qoruyur. Tələbənin biliyi yalnız final imtahanı ilə ölçülmür. Ölkəmizdə də qiymətləndirmə 100 ballıq şkala ilə həyata keçirilir və tələbə bu 100 balın 50-sini final imtahanından, digər 50-sini isə kolokvium və seminarlardan toplamaqla əldə edir. Nəticədə tələbənin imtahanı keçib-keçməməsi bu topladığı ballarla müəyyən olunur.

Bu qiymətləndirmə modeli dünyanın əksər ölkələrində tətbiq edilən ümumi metod sayılır. Bəzi universitetlərdə qiymətləndirmə təhsil səviyyəsi və ixtisasın xüsusiyyətlərinə görə dəyişə bilər. Seminarlardan toplanan bal əvəzinə layihə işi və ya komanda işi ilə bağlı qiymətləndirmə də aparıla bilər.

Bu tam normal bir yanaşmadır və təkcə qanunvericiliklə deyil, həm də beynəlxalq standartlarla tənzimlənir".

Əli Kərimliyə görə partiya sədrləri bir-birinə dəydi - AĞIR SÖZLƏR
Son xəbərlərDaha çox