Azedu.az

Yağıntılı hava şəraiti davam edir

Xəbərlər

4 Dekabr 2025, 10:46
Yağıntılı hava şəraiti davam edir

Dekabrın 4-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.

Lənkəran-Astara zonasında leysan xarakterli intensivdir. Zaqatalanın (Əlibəy) yüksək dağlıq ərazilərində isə qar yağır.

Yağan qarın hündürlüyü 1 sm-dir.

Düşən yağıntının miqdarı Lənkəranda 56, Astarada 44, Lerikdə 4, Yardımlıda 2, Gədəbəy, Qax, Zaqatala, Qəbələ, Quba, Şabran, Göyçayda 1 mm-dir.

Naxçıvan, Şərur, Sədərək, Gəncə, Şəmkir, Qax, Şəki, Zaqatala, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Göyçay, Zərdab, Sabirabad, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Əli Kərimliyə görə partiya sədrləri bir-birinə dəydi - AĞIR SÖZLƏR
Son xəbərlərDaha çox